Bakıda 52 yaşlı kişi qətlə yetirildi
Bakıda qətl törədilib.
APA TV-nin məlumatına görə, Suraxanı rayonu Əmircan qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Sadiq Nemət oğlu Nemətov aralarında yaranmış mübahisə zəminində tanışı, 1965-ci il təvəllüdlü Zahir Cəlal oğlu Hacıağayevi bıçaqlayaraq öldürüb.
31-ci PB-dən verilən məlumata görə, hadisə mərhumun evindən bir xeyli aralıda olan küçədə qeydə alınıb. Qonşuların sözlərinə görə, hadisədə təqsirləndirilən Sadiq Nemətovu da tanıyırlar. Tez-tez özü və ətrafında olan bir neçə nəfər Zahirin yanına gəlirmiş. Çox vaxt evdə oturub yeyib-içiblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.