Türkiyənin bələdiyyə başqanları Cocuq Mərcanlıya səfər edib

Türkiyənin 13 şəhər və rayon bələdiyyəsinin rəhbərləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Türkiyə nümayəndə heyəti öncə Füzuli rayonunun Horadiz qəsəbəsində 2016-cı ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

 

Daha sonra bələdiyyə başqanları Çocuq Mərcanlı kənd orta məktəbində olub, məktəblilərlə görüşüblər. Məktəblilərə hədiyyələr təqdim olunub. Bələdiyyə başqanları Cocuq Mərcanlıda yaşayan ailələrə televizorlar hədiyyə ediblər.

 

Səfər çərçivəsində Türkiyənin Adana vilayətinin Qara İsalı bələdiyyəsi ilə Cocuq Mərcanlı bələdiyyəsi arasında protokol imzalanıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli