Avtomobilin vurduğu 62 yaşlı Balakən sakini yerindəcə keçinib
Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 5-də saat 22.00 radələrində Balakən rayon sakini, 1953-cü il təvəllüdlü Ukalayev Yusif Mehdihacı oğlu idarə etdiyi “Honda” markalı minik avtomobili ilə piyada, rayonun Talalar kənd sakini 1955-ci il təvəllüdlü Musayev Tofiq Əli oğlunu vurub. Tofiq Musayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.