Yunanıstan müxalifətinin partiya qərargahı atəşə tutuldu

 Yunanıstan müxalifətinin partiya qərargahı atəşə tutuldu

Yunanıstanın Panhelenik Sosialist Hərəkatı partiyasının mənzil-qərargahına silahlı hücum olub

Yunanıstanın paytaxtı Afinanın mərkəzində Panhelenik Sosialist Hərəkatı partiyasının mənzil-qərargahına silahlı hücum edilib. APA TV "Euronews"a istinadən xəbər verir ki, iki nəfər naməlum silahlı təxminən 30 nəfərin olduğu binanı atəşə tutub.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Ancaq binaya doğru bir neçə atəş açan həmin şəxslər sonradan qaçaraq gizlənib. Terrorizmlə mübarizə bölməsi hazırda insidentin araşdırılması ilə məşğuldur.

Qeyd edək ki, hadisə müxalifət blokuna kimin rəhbərlik edəcəyi qərarının müzakirəsi zamanı yaşanıb. Partiyanın əsas ofisinin tez-tez ekstremistlərin hədəfinə çevrildiyi deyilir. Sosialistlər uzun müddət hakimiyyətdə olub. Ölkədə iqtisadi böhran baş qaldırandan sonra onlar öz mövqelərindən əl çəkmək məcburiyyətində qalıb. 

Müəllif | Apa.Tv
Apa.tv