40-dan artıq balina özünü sahilə atdı - TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

Florida sahilləri yaxınlığında 40-dan artıq qara balina özünü sahilə atıb. APA TV-nin məlumatına görə, hadisə Everqleyds milli parkının ərazisində, dayazlıqda baş verib. Özünü sahilə atan balinalardan 10-u məhv olub. Xilasedicilər, Milli Parkın əməkdaşları və könüllülər digər balinaların həyatını xilas etməyə çalışırlar. Onlar özünü sahilə atmış balinaları Meksika körfəzinə geri qaytarmağa cəhd göstərirlər. Elmi adı “qrinda” olan bu qara balinaların uzunluğu 8 metrə çatır, hər birinin orta çəkisi bir tondur. Təbiətşünaslar onları qara delfin də adlandırır. Balinaların özlərinin sahilə atmasının səbəbi məlum deyil, ekoloqlar bu təbiət hadisəsini Meksika körfəzinin neft məhsulları ilə həddən artıq çirklənməsi ilə izah edirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv