Təkərin içində Azərbaycana partlayıcı gətirmək istədi

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz 300D" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, yoxlama zamanı avtomobilin təkərlərindəki şinlərin içərisindən gömrük nəzarətindən gizlədilən 3840 ədəd "SFA-100 M50" markalı pirotexniki vasitələr aşkar edilib.

 

Qeyd edək ki, fakt üzrə aşkar edilən pirotexniki vasitə yüksək səs-küylə müşayiət olunan partlayış törədir və ətrafa ciddi ziyan verə biləcək potensiala malikdir. Partlayıcı xassəyə malik bu predmeti avtomobilin hərəkətdə olan təkərlərinin içinə yerləşdirərək onu idarə etmək və həmin avtomobillə insanların kütləvi şəkildə toplaşdığı yerlərdən keçmək həm də onlarla insanın həyatını təhlükə altında qoymaqdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli