Əfqanıstanda telekanal binasında terror oldu
Əfqanıstan paytaxtında fəaliyyət göstərən televiziya kanalının binasına hücum olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçu-kamikadze telestansiyanın girişində özünü partladıb.
Bundan sonra üç silahlı şəxs "Şəmşad" telekanalının binasına girib. Onlar polis formasında olub. Ətrafa atəş açmağa başlayan silahlılardan birinin mühafizəçilər zərərsizləşdirib.
Yaralılar var, terror aktının hansı qruplaşma tərəfindən törədildiyi hələlik məlum deyil. Əməkdaşlar binadan təxliyə edilib.