Ermənilər işğal etdiyi ərazilərimizdə hərbi təlimlər keçirir
Erməni silahlı bölmələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti təlimlər keçirir.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, təlimlər Uzundərə adlanan ərazidə aparılır.
Təlimdə ağır artilleriya qurğularından və texnikadan istifadə edilir.
Atəş səsləri təmas xəttinə yaxın yaşayış məntəqələrində aydın eşidilir.