Moskvada polis azərbaycanlıların avtomobil salonlarına basqın edib

Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, polis "Rosqvardiya"nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçirib. 

 
Avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.

 
Onlar müştəri ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra sənədləri saxtalaşdıraraq əvvəlcədən qeyd olunan qiyməti daha yüksək göstərib. Sonra isə müştərilərə saxtalaşdırılan sənəddə qeyd olunan qiyməti ödəməyi, ya da işlənmiş avtomobil götürməyi təklif ediblər. Müştərilər nəqliyyat vasitəsini əlverişsiz şərtlərlə əlavə 250 min rubl ödəməklə, baha qiymətə almağa məcbur olublar. Vətəndaşlara dəyən zərərin ümumi məbləği 50 milyon rubldan çoxdur. 
 

Saxlanılanlar barəsində məhkəmə artıq həbs-qətimkan tədbiri seçib. Onların əksəriyyəti avtosalon əməkdaşlarıdır. Avtosalonun sahibləri isə qaçaraq gizləniblər. 

 

Müəllif | Apa.Tv