Yəməndə 52 HƏKİM ÖLDÜRÜLDÜ

Yəməndə hərbi hospitala silahlı hücum edilib. Ölkənin Müdafiə Nazirliyinin nəzdindəki hərbi hospitala edilən hücum nəticəsində Almaniya vətəndaşları da daxil olmaqla 52 nəfər qətlə yetirilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Yəmən Təhlükəsizlik Xidməti məlumat yayıb. Hücum nəticəsində 162 nəfər yaralanıb. Hərbi mənbələr 30 silahlının öldürüldüyünü bildirir.

 

Yəmən prezidenti Rabbuh Mansur Hadinin yaxın qohumlarından birinin hücum vaxtı hospitalda olduğu qeyd olunur. Həmin şəxs bir xəstəni ziyarət etmək üçün gəlibmiş.

 

Hərbi geyimdə olan silahlılar paytaxt Sananın mərkəzində yerləşən Müdafiə Nazirliyinin binası qarşısında 2 avtomobili partladaraq hospitala silahlı hücum ediblər. Bundan öncə isə ölkənin Daxili İşlər Nazirliyndə partlayış törədilib, ən az 20 nəfər ölüb.

 

Müəllif | Apa.Tv
Apa.tv