İŞİD Yəməndə 46 nəfəri öldürdü - POLİS İDARƏSİNƏ HÜCUM
Yəmənin Ədən şəhərində İŞİD silahlılarının Cinayət Axtarış İdarəsinə hücumu nəticəsində 46 nəfər ölüb, 47-si yaralanıb.
APA TV-nin məlumatına görə, bu barədə Yəmən Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, dinc sakinlər də var.
Qeyd edək ki, İŞİD silahlıları Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində Cinayət Axtarış İdarəsinin binasına hücum edib. Əvvəl terrorçu-kamikadze özünü idarənin girişində partladıb, sonra isə 30-a yaxın silahlı binaya daxil ola bilib.