Türkiyə Ermənistanla sərhəddə nəzarəti gücləndirdi - MƏQSƏD

Türkiyədə Qars valiliyi tərəfindən Ermənistanla sərhəddə nəzarət kameraları quraşdırıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nəzarət kameraları sərhəd xəttinin daimi nəzarət altında saxlanılması məqsədilə quraşdırılıb.

 

Hazırda kameraların sınaqdan keçirilməsinin davam etdiyi bildirilir.

 

Valilikdən həmçinin bildirilib ki, 2 milyon 880 min lirəyə başa gələn layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində mənfi məqamları aradan qaldıracaq və daha yüksək təhlükəsizliyi təmin edəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı