Saakaşvili Poroşenkonun impiçmentini tələb etdi: MİLYONLUQ MİTİNQ GÖZLƏNİLİR

"Əgər hakimiyyət tələblərimizi yerinə yetirməsə 3 dekabrdan etibarən prezident Pyotr Poroşenkoya qarşı ümumxalq impiçmenti prosesinin başlanmasını təklif edirəm".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna hökumətinə belə bir ultimatum göndərib.

 

O, həmçinin xalqı noyabr 12-də Kiyevin Mixaylovsk meydanına toplaşmağa çağırıb. Sabiq qubernator tələblərinə məhəl qoyulmayacağı təqdirdə hakimiyyəti milyonların marşı ilə hədələyib.

 

Bu arada Saakaşvili özünün "Facebook" səhifəsində Miqrasiya Xidmətindən aldığı icazə sənədinin fotosunu yayıb və bildirib ki, vətəndaşlığının bərpası üçün məhkəməyə müraciət edəcək.

 

Qeyd edək ki, bir qədər əvvəl Miqrasiya Xidmətinin sabiq qubernatora qaçqın statusu verməkdən imtina etdiyi məlum olub, baş prokuror Yuri Lutsenko isə onu hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov