İran bir addım da geri çəkilmir: BU, SƏUDİYYƏYƏ CAVABDIR

"Yəmənin atdığı raket Səudiyyə Ərəbistanının hücumlarına cavabdır".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı hökumətinin məlum olayda İranı suçlaması və bunun müharibə elanı olması ilə bağlı dediklərinə bu cür şərh verib.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi də Ər-Riyadın ittihamlarını provokativ addım kimi dəyərləndirib.
 

Yeri gəlmişkən, Yəmən Səudiyyə Ərəbistanı ilə İran arasında onilliklər boyu davam edən çəkişmələrin mərkəzinə çevrilib. Burada hər an müharibə başlanacağı gözlənilir. İran şiə husilərini, rəsmi Ər-Riyad isə mühacir-prezident Əbdürəb Mənsur Hadini dəstəkləyir.

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı