Bakıda Rusiya Filmləri Həftəsi

Bakıda  Rusiya Filmləri Həftəsi başlayıb. APA TV-nin xəbərinə görə, dekabrın 5-də start verilən film həftəsi Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Nizami Kino Mərkəzində nümayəndə heyətinin iştirakı ilə keçirilən mətbuat konfransında qeyd olunub ki, Rusiya nümayəndə heyəti artıq  Bakıdadır. Nümayəndə heyyətinin tərkibinə isə Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli filmlər rejissoru İqor Qriqoryev, teatr və kino aktyoru Mariya Semyonova və "Fest-film" studiyasının baş direktoru İrina Korçagina daxildir. 
 

Film həftəsinin açılışı rejissor Andrey Malyukovun "Matç" filminin nümayişi ilə baş tutub.
Növbəti günlərdə isə, proqrama uyğun olaraq "Mən yanında olacağam" , "Cəsus", "İki gün", "Kino ərazisində müharibə" , "Metro", "Ku! Kin-dza-dza"  filmləri nümayiş olunacaq.

 

Nümayişlərə giriş sərbəstdir.

Müəllif | Apa.Tv
Apa.tv