Azərbaycanın “Eurovision-2018” təmsilçisi bəlli oldu
Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.
APA TV-nin məlumatına görə, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin saytında məlumat verilib.
Münsiflər heyətinin bu gün keçirilən iclasında yarışmada Azərbaycanı təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, 28 yaşlı Aysel Məmmədovadır.
Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. O, ali təhsilli musiqiçidir. Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib. Sonuncu dəfə "Jara-2017" beynəlxalq musiqi festivalında çıxış edib.