Türkiyənin Bursa vilayətində fabrikdə partlayış olub - 5 ÖLÜ, 16 YARALI

Türkiyənin Bursa vilayətində, Bursa-Ankara avtomobil yolunun yaxınlığında güclü partlayış olub. APA TV "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə bir toxuculuq fabrikində qeydə alınıb.

Nəticədə 5 nəfər dünyasını dəyişib. Onlardan dördü hadisə yerində, biri isə xəstəxanada keçinib. Partlayış nəticəsində daha 16 nəfərin də xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışın hansı səbəbdən meydana gəldiyi hələ məlum deyil. Məlumata görə, hadisə fabrikin qazanxanasında baş verib və nəticədə binanın damı çöküb. Partlayış zamanı ətrafdakı tikililərə və avtomobillərə də ziyan dəyib.

Müəllif | Apa.Tv
Apa.tv