Çay daşdı, Kolumbiyanın bir şəhərini sel apardı - ÖLƏNLƏR VAR

Kolumbiyanın Korinto şəhərində baş vermiş daşqın nəticəsində 4 nəfər ölüb. APA TV-nin “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 29 nəfər xəsarət alıb, 18 nəfər itkin düşüb.

Məlumata görə, sel Paila çayının daşması nəticəsində yaranıb və Korinto şəhərinin infrastrukturuna ciddi ziyan vurub. 3 min nəfərin təxliyyə olunduğu bildirilir. Kolumbiyanın prezidenti Xuan Manuel Santos xilasetmə əməliyyatlarının əlaqələndirilməsi məqsədi ilə bölgəyə gəlib.

Xatırladaq ki, bu ilin aprelində Kolumbiyanın Putumayo departamentində baş vermiş sel 300-dək insanın həyatına son qoyub

Müəllif | Apa.Tv
Apa.tv