İŞİD daha bir şəhərdən qovuldu: SİLAHLARINI QOYUB QAÇDILAR
Suriya hökumət qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Suriya ordusunun komandanlığından bildirilib.
Hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən Əl-Bukəmal şəhərini tam azad ediblər.
Terrorçuların qoyub qaçdığı silahlar ələ keçirilib. Hazırda ərazilərin minadan təmizlənməsi işləri aparılır.