Xabarovskda azərbaycanlı sevgilisini yandırıb - QISQANCLIQ

Xabarovskda yaşayan 34 yaşlı azərbaycanlı birlikdə yaşadığı iki uşaq anası olan 24 yaşlı sevgilisinin üzərinə spirt tökərək yandırıb. APA TV-nin məlumatına görə, qadın təcili xəstəxanaya çatdırılıb, onun baş nahiyəsi, nəfəs yolları və bədənində ağır yanıq yaraları aşkarlanıb. Hadisənin motivləri məlum deyil, yandırılan qadının yerli mağazada satıcı işlədiyi bildirilir. İlkin ehtimala görə, insident qısqanclıq zəminində baş verib. Faktla bağlı cinayət işi başlanıb, hadisəni törətmiş azərbaycanlı artıq saxlanıb. Onun haqqında həbs qətimkan tədbiri seçilib, qadının iki azyaşlı uşağı xəstəxananın uşaq şöbəsinə yerləşdirilir. Uşaqlar daha sonra Xabarovskda uşaq evinə göndəriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv