Bakıda güclü xəzri əsəcək, bölgələrdə qar yağacaq
Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 13-16,
Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Hava gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.