NATO baş katibi: "Avropadakı komanda məntəqələrimizin sayını artıracağıq"

"Rusiya təhlükəsi səbəbindən NATO Avropadakı komanda məntəqələrinin sayını artıracaq. Hazırda bu istiqamətdə strukturun formalaşma prosesi gedir".

 

APA TV-nin "Independent"ə istinadən məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.

 

Sözü gedən məntəqələr Avropadakı qoşunların yerdəyişməsi, habelə Atlantikadakı hərbi dəniz qüvvələrinin əməliyyatlarını koordinasiya edəcək.

 

"Komanda məntəqələri alyansın əsasını təşkil edir. Onların formalaşmasına onilliklər səef olunub və indi dəyişən təhlükəsizlik şərtləri belə məntəqələrin sayını artırmağı tələb edir" - baş katib belə deyib.

 

Y. Stoltenberq deyib ki, Şimali Atlantika Alyansı üzv ölkələrin daha sürətli mobilizasiyası və hərbi əməliyyatlara cəlb edilməsi üçün xüsusi mərkəzin yaradılmasını da planlaşdırır.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov