Gəncədə avtomobil piyada polisi vurub
Gəncədə avtomobil piyada polisi vurub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 1-ci mikrorayonunda baş verib.
“Ford” markalı minik avtomobili şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverdi Məmmədovu vurub.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
A.Məmmədovun polis əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.