Yardımlı sakinindən 10 min ədəd narkotik həb götürüldü

Yardımlı sakinindən külli miqdarda narkotik tərkibli həb götürülüb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Yardımlı və Cəlilabad Rayon Polis şöbələrinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Yardımlının Gilar kənd sakini İlqar Sultanlı saxlanılıb.

 

İstintaq zamanı məlum olub ki, o, narkotik tərkibli maddələri ölkəmizə qaçaq yolla keçirirmiş. İlqar Sultanlının gətirdiyi külli miqdarda narkotik tərkibli həbləri bir İran vətəndaşından aldığı və yaşadığı kəndin yaxınlığındakı meşə massivində gizlətdiyi müəyyən edilib.

 

Həmin əraziyə baxış zamanı oradan narkotik tərkibli “T-DOL-200” adlı 10 min ədəd həb aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv