Azərbaycanda icra nümayəndəsi və icra başçısının qardaşı oğlu qəzaya düşdü
Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 141-ci kilometrliyində, Şamaxının Şərədil kəndi ərazisində qeydə alınıb.
Şamaxı sakini, 1988-ci il təvəllüdlü Novruzov Cavid Gülabbas oğlunun idarə etdiyi 90 KK 731 dövlət nömrə nişanlı “VAZ-21015” markalı minik avtomobili qarşı tərəfdən gələn Ağsu rayonunun Qaraqoyunlu kənd sakini İsgəndərzadə Fərəc Azad oğluna məxsus 10 NK 677 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində “VAZ-21015”in sürücüsü Cavid Novruzov və sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, eləcə də “VAZ-2107”nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı və Ağsu Rayon Mərkəzi xəstəxanalarına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu Rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur.