Səudiyyə Ərəbistanında kütləvi həbslər davam edir: DAHA 200 NƏFƏR
Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 208 nəfər saxlanılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl Mujib bildirib.
Saxlanılan 208 şəxsdən 7-si azadlığa buraxılıb. Baş prokuror hazırkı mərhələdə saxlanılanların kimliyinə dair açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.
Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.