İraqda ələ keçdilər: 200 AZƏRBAYCANLI QADIN İŞİD-Ə QOŞULUB

İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadını saxlayıb.  


APA TV-nin məlumatına görə, bu barədə iraqlı deputat Vian Dahil özünün "Twitter" səhifəsində yazıb.  

 

Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib.

 

V.Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.  

 

İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı  Rusiya mətbuatına təkzib edib.

 

"Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır" - deyə, mənbə əlavə edib. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov