Rusiyada faciə: ölənlər, dağıntılar altında qalanlar var - HADİSƏ ANI
Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.
Hadisə qaz sobasının partlaması səbəbindən baş verib.
Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.
Binanın bütün sakinləri yaxınlıqdakı iki məktəbdə yerləşdiriblər. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.