Yağışlar kəsir, temperatur yenidən yüksəlir

Bakıda və Abşeron yarımadasında noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 9-11, gündüz  14-17, Bakıda gecə  9-11, gündüz  15-17 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, dağlarda 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd