Yasamalda tapılan MƏRMİ PARTLADILDI - PARTLAYIŞ ANINDAN GÖRÜNTÜLƏR

Dekabrın 5-də saat 18.30 radələrində Bakının Yeni Yasamalda qəsəbəsində aşkarlanan 82 millimetrlik minaatan mərmi dekabrın 6-da səhər saatlarında boş ərazidə zərərsizləşdirilib. APA TV-nin xəbərinə görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mərminin zərərsizləşdirilməsi ücün münasib yer seçilib.

 

Təhlükəsizliyin təmin olunması məqsədi ilə ərazi 2 posta ayrılıb. Mərmi qazılmış ərazidə basdırılıb.

 

Zərərsizləşdirilən mərmi "Qismət" şadlıq sarayının arxasında aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının verdiyi məlumata görə, döyüş üçün tam yararlı olan mina ərazidə aparılan  qazıntılar zamanı tapılıb. 

 

Müəllif | Apa.Tv