Məhəbbət Vəliyeva: "Məktəblərin istilik təchizatı ilə bağlı monitorinq keçirmişik"

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 138-i “Azəristilik” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin olunur. 169 məktəbin isə fərdi qazanxanası var. 3 məktəbdə həm fərdi qazanxana var, həm də bina  mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub.

 

Bakı Şəhər Təhsil İdarəsinin müdiri  Məhəbbət Vəliyevanın sözlərinə görə, istilik təchizatı ilə bağlı məktəblərdə monitorinqlər aparılıb.
 

Hələ də müəyyən problemlər mövcuddur ki, onların aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Problemlərin bəziləri məktəblərə verilmiş mərkəzləşdirilmiş istilik xətlərdə, bəzi məktəblərdə isə fərdi qazanxanalardadır. Ümidvarıq ki, noyabrın 15-dək məktəblərdə istilik təchizatı ilə bağlı problem olmayacaq.

 

Məhəbbət Vəliyeva qış mövsümündə məktəblərin istilik təchizatı ilə bağlı vəziyyətin daim nəzarətdə saxlanılacağını deyib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova