Otlaq sahəsini bölə bilməyən çobanlar əlbəyaxa oldu - AĞSTAFADA KÜTLƏVİ DAVA

Ağstafa rayonunda çobanlar arasında dava düşüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Ceyrançöl ərazisində baş verib.

Çobanlar arasında baş verən əlbəyaxa dava zamanı Daşkəsən rayon sakinləri - 1983-cü il təvəllüdlü Afiz Paşayev, onun qardaşı 1993-cü il təvəllüdlü Asim Paşayev, 1983-cü il təvəllüdlü Mahir Məmmədov, Qazax rayonunun Daş Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü Pərviz Süleymanov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Davanın otlaq sahəsi üstündə baş verdiyi bildirilir.

Məsələyə hüquq mühafizə orqanları tərəfindən baxılır. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv