İki avtomobilin toqquşması zamanı piyada da xəsarət alıb - KÜRDƏMİRDƏ QƏZA
Kürdəmirdə iki maşının iştirakı ilə baş verən qəzada piyada və sərnişin ağır xəsarət alıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Kürdəmir rayonun Atakişili kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Rafiq oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik maşını Kürdəmir şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən 1985-ci il təvəllüdlü Nərimanov Ramal Neyman oğlunun idarə etdiyi "Mercedes" markalı avtomaşına çırpılıb.
İdarəetmədən çıxan "Mercedes" yol kənarında dayanmış piyada, rayonun Çöhranlı kənd sakini, 1971-ci il təvəllüdlü Hüseynov Səyyad Babacan oğlunu vurub. Nəticədə həmin piyada və "VAZ-21011" markalı maşında olan sərnişin, 1967-ci il təvəllüdlü Yunisov Vüqar Lazım oğlu müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.