Avropanı taktiki gedişlərlə mat qoyan strateqlər - WE ARE THE CHAMPIONS!

Şahmat taktika oyunudur... Bu idman növü həm də strategiya oyunu kimi tanınır... Əbəs yerə deyil ki, dünyanın gəlmiş-keçmiş ən böyük siyasətçiləri, sərkərdələri şahmatın mükəmməl bilicisi kimi də ad çıxarıb... Azərbaycanda da bu oyuna maraq göstərənlər az olmayıb... Sovetlər dövründə Bakı yetirməsi olan və 13-cü dünya çempionu adını qazanan Harri Kasparov kimi... Düzdür, sonradan onun yarıbayarı mənsub olduğu xalq ölkəmizin bu uğuruna şərik çıxmaq istədi, elə o özü də necə deyərlər, nankorluq etdi... Amma müstəqillik dövründə yetişən şahmatçılarımız Azərbaycanın şahmat aləmində nüfuzunu özünə qaytardı... Həm də necə deyərlər, nəhs deyilən o 13 rəqəminin uğursuzluğundan da çıxdıq... Bu vaxta qədər iki dəfə qitə çempionu adını qazanan strateqlərimiz Avropanı üçüncü dəfə mat qoyub Vətənə döndülər...

 

Müəllif | Apa.Tv
Apa.tv