Bakıda hava küləkli olacaq, temperatur yüksələcək
Noyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.