"AST Telman" haqqında həbs qərarı çıxarıldı
Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.
APA-nın “İnterfax” Agentliyinə istinadən verdiyi xəbərə görə, T. İsmayılovun vəkili Marina Rusakova bildirib ki, müvəkkili sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.
Məlumata görə, məhkəmə bu qərarı oktyabrın 30-da çıxarıb. Qərarla əlaqədar apellyasiya məhkəməsinə müraciət edilib. Apellyasiya şikayətinə noyabrın 15-də baxılacaq.
T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir. Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.