Kriminal xəbərlər necə təqdim olunmalıdır? - GENİŞ MÜZAKİRƏ

İstəsək də, istəməsək də baş verən kriminal hadisələr. Əslində bütün dünyada belədir. Bu qəbildən olan xəbərlərin nəticəsi nə qədər qorxunc və dəhşətli olsa da geniş tamaşaçı və izləyici auditoriyası toplayır. Keçdiyimiz son iki həftə kriminal hadisələrlə təəssüf zəngin oldu. Hətta Azərbaycanda az-az rast gəlinən fakt günlərlə media və sosial şəbəkələrdə geniş müzakirəyə çıxarıldı. Cinayətlərə şou-biznes nümayəndəsinin adının qoşulması isə masştabı daha da genişləndirdi. Münasibət və bildirilən rəylər də fərqli idi. Kriminal xarakterli xəbərlərin təqdim olunması məsələsinə gəlincə, burda vəziyyət bir az dəyişir. Çünki baş verən hadisələrin təfərrüatı müxtəlif insanlar tərəfindən izlənilir. Onların sırasında fərqli xarakterə malik və psixoloji problemlər yaşayanlar ola bilər. Bu baxımdan bu cür xəbərlərin təqdimatına xüsusi diqqət yetirilməlidir. Ötən həftə Mətbuat Şurasının kriminal hadisələrin işıqlandırılmasını müzakirəyə çıxarması isə adından da görüldüyü kimi belə xəbərlərin hansı formada təqdim olunması baxımından önəmli idi.


 

Müəllif | Apa.Tv
Apa.tv