Qayıq sahilə çıxdı, özləri qayıtmadı - BALIQÇILAR İTKİN DÜŞÜB
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün səhər saatlarında Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxımış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar.
APA TV-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınları onların olduğu qayığın çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxdığını bildirib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.