YAP ağacəkmə kampaniyasına start verdi

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunan ağacəkmə kampaniyasına start verilib.

 

Kampaniya çərçivəsində YAP-ın sədr müavini, baş nazirin müavini Əli Əhmədov, partiyadan olan Milli Məclis  üzvləri, hökumət təmsilçiləri, gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə Zirə-Qala yolunda ağaclar əkilib.

 

Əli Əhmədov bildirib ki, kampaniya müddətində 700 000 ağacın əkilməsi nəzərdə tutulub.

 

"Azərbaycanın tarixində əhəmiyyətli rol oynayan ictimai siyasi həyatımızda çox mühüm missiyanı yerinə yetirən YAP-ın yubileylərini biz həmişə müxtəlif kompaniyalarla qeyd etmişik. Partiyanın 25 illik yubileyi ilə əlaqədar YAP-ın ənənəsinə uyğun olaraq böyük yaşıllaşdırma - ağac əkmə kampaniyası  keçirməsi haqqında öz mövqeyini açıqlayıb. YAP-ın sıralarında 700 000 Azərbaycan vətəndaşı birləşir. Bu kampaniyada da 700 000  ağac əkmə haqqında biz niyyətimizi ortaya qoymuşuq. Bu proses Azərbaycanın bütün bölgələrini əhatə edəcək".

 

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova qeyd edib ki, partiyanın fəaliyyət istiqamətlərindən biri də ekologiya və ətraf mühitlə bağlıdır. 

 

"Biz yaşadığımız ölkəni bölgənin yaşıllaşması abadlaşması işinə çox böyük tövhə veririk. YAP-ın hər bir üzvü bu məsələyə böyük həvəslə qoşulur. Təkcə partiya üzvləri deyil partiya üzvlərinin ailələri, ailədə böyüyən uşaqlar, bu prosesdə yaxından iştirak edirlər".

 

YAP Yasamal rayon təşkilatının aparat rəhbəri Tağı Əhmədov partiyanın 25 ildə gördüyü işlərin göz önündə olduğunu qeyd edib.

 

"25 ildə görülən işlər göz önündədir. Bu il də partiyanın 25 illik münasibəti ilə belə bir öhdəçilik götürülüb ki, 700 000 ağac əkilməlidir.  Bu başlanğıcdır. Ayın 14-də yekun iclasımız olacaq. Bundan sonra da ağac əkmə kampaniyası davam edəcək". 

Müəllif | Apa.Tv
Apa.tv