Göygöldə "Mercedes" 200 metrdən dərəyə yuvarlandı: 1 ÖLÜ, 3 YARALI

Göygöldə avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə yaralanıb. Göygöl rayon Polis Şöbəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Aşıqlı kəndi ərazisində baş verib. Gəncə şəhər sakini 34 yaşlı Fariz Həmzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan dərin dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan Gəncə şəhər sakini, 36 yaşlı Həsən Əliyev ölüb, sürücü Fariz Həmzəyev, sərnişinlər 52 yaşlı Fizuli Əliyev, 35 yaşlı Sədi Həmzəyev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli