Balıq tutmaq üçün dənizə çıxan və itkin düşən balıqçılardan qara xəbər gəldi

Noyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyitləri Dövlət Neft Şirkətinin "Orion-25" gəmisi tərəfindən aşkarlanıb.

APA TV-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, bundan əvvəl onların yaxınları balıqçıların olduğu qayığın çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxarıldığını bildirib. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri həmin balıqçıların axtarışlarına cəlb olunub.

F. Hüseynzadə və S. Qurbanovun meyitləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv