Tovuzda yanğın zamanı 5 otaqlı evin bir otağı və aynabəndi külə dönüb
Tovuzda yaşayış evi yanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhəri, Mərdan Musayev küçəsində qeydə alınıb.
Oruc Qasımova məxsus ümumi sahəsi 200 kv/m olan birmərtəbəli 4 otaq və 1 aynabənddən ibarət evdə baş verən yanğını söndürmək üçün əraziyə FHN-in Tovuz rayonu Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində evin bir otağı əşyaları ilə birlikdə və aynabənd yanaraq kül olub. Yanğın söndürülərək ətrafa yayılmasının qarşısı alınıb.