Konqoda sərnişin qatarı relsdən çıxıb - 34 ÖLÜ, 30 YARALI
Konqo Demokratik Respublikasında sərnişin qatarı qəzaya uğrayıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 13 vaqonluq qatarın 11 vaqonu relsdən çıxaraq yanıb.
Lubudi şəhərində baş verən qatar qəzası nəticəsində azı 34 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı deyilir. Qatarın dağıntıları altında qalanların olduğu da ehtimal edilir.
İlkin ehtimala görə, qatar istismar müddətini bitiribsə də, hələ də sərnişin daşınmasında istifadə edilibmiş. Hadisənin səbəbləri araşdırılır.