Nazir "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin birləşməsindən danışdı

"Azərbaycanda 2020-ci ildə əhalinin 80 faizinin elektron xidmətlərdən istifadəsi mümkün olacaq".

 

APA TV-nin xəbərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, elektronlaşmanın əhatə dairəsi 100 faizə çatacaq. Bütün məsələlər Azərbaycan 2020-ci il İnkişaf Strategiyasında əksini tapıb. Hazırda facebook istifadəçilərin sayı 1 milyon 250 mini ötüb. Nazir "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin yaxın gələcəkdə birləşməsi məsləsinə də aydınlıq gətirib: "Stasionar telefon xidməti ilə məşğul olan dövlət müəssisələri - Aztelekom İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin eyni Açıq Səhmdar Cəmiyyətdə fəaliyyət göstərməsi ilə bağlı təkliflər Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə hazırlanıb. Gələn il bu məsələ həllini tapacaq".

 

Artıq orta məktəblərin 30-35%-i internet şəbəkəsinə birləşdirildiyini deyən nazir bildirib ki, məktəblərdə internetin sürəti yüksək olmasa da, orta səviyyədədir: "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Təhsil Nazirliyinin birgə proqramı həyata keçiriləcək. Gələn ildən Dövlət Neft Fondu ilə həyata keçirilməsi planlaşdırılan geniş zolaqlı optik şəbəkə internet layihəsi çərçivəsində orta məktəblərin genişzolaqlı internetə birləşdirilməsi əsas məsələlərdən biri olacaq”.

 

Dekabrın 6-sı rabitə və informasiya texnologiyalari sahəsində çalışanların peşə bayramı kimi qeyd edilir. 

Müəllif | Apa.Tv