Arif Hacılı: "RÜSTƏM İBRAHİMBƏYOV SİYASƏTDƏN XƏBƏRSİZDİR"

"Fikirlərimlə Rüstəm İbrahimbəyovu güldürmüşəmsə, faydalı iş görümşəm".

 

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı APA TV Rüstəm İbrahimbəyovun açıqlamalarına təəssüf etdiyini deyib, bildirib ki, onun Müsavat Partiyası haqqında bu cür fikirlər səsləndirməsi bu təşkilatın 10 minlərlə üzvünə qarşı hörmətsizlikdir: "Eyni zamanda Rüstəm İbrahimbəyovun Azərbaycanda siyasi vəziyyətdən xəbərsiz olmasını təsdiq edir. Çünki,istər Müsavat kimi, istər Xalq Cəbhəsi Partiyası kimi bir təşkilatın hər hansı bir blokdan kənarda qalması heç şübhəsiz ki, həmin blokun fəaliyyətinə əsaslı sürətdə təsir göstərəcək. Bu bir daha göstərir ki, Rüstəm İbrahimbəyov siyasətə fəaliyyət növü kimi deyil, peşəkar kimi yox, hobbi kimi baxır".

 

Müsavat Partiyasında Milli Şuradan çıxmaqla bağlı hər hansı bir müzakirə də getmir. Əsas müzakirə mövzusu Şura daxili mövcud böhranla bağlıdır: "Söhbət təkcə adamların kənarlaşdırılmasından getmir. İndiki siyasi şəraitdə konkret hədəflər müəyyənləşdirilməlidir. Bu hədəflər uğrunda uyuşan siyasi qüvvələrin birgə fəaliyyəti zəruridir. Biz şahidi olduq ki, ölkədə teokratik cəmiyyətin qurulması tərəfdarları ilə demokratiyanı həyat tərzi kimi qəbul etməyən siyasi qüvvələrlə Azərbaycanın gələcək inkişafını Gömrük İttifaqında görən siyasi qüvvələrlə birlikdə olmaq effekt vermir. Əksinə, onlarla birlikdə olmaq ümumi prosesə ziyan vurur".

 

Onun sözlərinə görə, təmsil etdiyi partiya Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri olmasını düzgün hesab etmir.

Müəllif | Apa.Tv