Azərbaycan-Türkiyə-Türkmənstan üçtərəfli əməkdaşlıq mexanizmi yaradılır - RAZILAŞMA

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. APA TV-nin məlumatına görə, artıq bu dövlətlərin XİN başçılarının üçtərəfli formatda mütəmadi görüşlərinin keçirilməsi barədə razılaşma əldə olunub. Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının illik toplantısı çərçivəsində Azərbaycan və Türkmənistanın xarici işlər naziri ilə görüşən Əhməd Davudoğlu jurnalistlərə verdiyi açıqlamada bu üç ölkənin birgə əməkdaşlığının mexanizmlərinin yaradılmasına qərar verildiyini bildirib. Bundan əvvəl Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq mexanizmlərinin olduğunu deyən Davudoğlu yeni yaradılacaq mexanizm çərçivəsində xarici işlər nazirlərinin ilk toplantısının Aşqabadda keçirilə biləcəyini deyib. 

Müəllif | Apa.Tv