Bakıda türk iş adamının meyiti tapıldı
Bakı-APA. Bakıda Türkiyə vətəndaşı evində ölü tapılıb. APA-nın məlumatına görə, Nəsimi rayonu, Əzizbəyov küçəsi, 195 ünvanında yaşayan Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü Musa Kazım Siliz yaşadığı evdə xəstəlikdən ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Musa Kazım Siliz Bakıda bizneslə məşğul olurmuş.