ABŞ: Türkiyə ilə YPG arasında döyüşlər olsa, kürdləri dəstəkləyəcəyik

ABŞ Türkiyə ilə YPG arasında silahlı qarşıdurma yarandığı təqdirdə YPG-ni dəstəkləyəcək.

 

APA TV-nin məlumatına görə, bunu ABŞ rəhbərliyi ilə İŞİD-ə qarşı koalisiyanın sözçüsü polkovnik Ryan Dillon bildirib.

 

Videokonfrans vasitəsi ilə ABŞ Müdafiə Nazirliyinə bağlanan Dillon, jurnalistlərin suallarını cavablandırıb.

 

Jurnalistlər ondan Türkiyənin Afrində əməliyyat keçirəcəyi təqdirdə ABŞ-ın Rəqqadan Afrinə keçmiş YPG üzvlərini qoruyub qorumayacağını soruşub. Dillon qeyd edib ki, onlar daha öncə də ortaqlarını qoruyublar.

 

"Burada da ortağımız Demokratik Suriya Gücləridir (DSG). Bu da o çətirin altına girən kürdlər, yezidilər, ərəblər, xristianlar daxil hər kəsdir".

 

Qeyd edək ki, SDG-nin əsas özəyini PKK-nın Suriya qolu olan YPG təşkil edir. BBC-nin ötən gün yayımladığı reportajdan qruplaşmanın Rəqqadan 250 döyüşçüsü və onların ailə üzvləri olmaqla 4000 nəfəri təxliyə etdiyi məlum olub. Terrorçular tonlarla silah-sursatı da özləri ilə çıxarıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı