Yağış kəsir, Bakıda şimal küləyi əsəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

 

Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə  9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 7-12, gündüz 15-19, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv