AĞCABƏDİDƏ SİLAHLI İNSİDENT! Evi gülləbran etdilər

Ağcabədidə 15 illik ailə münasibətləri başa çatan iki nəfərin mübahisəsi silahlı insidentlə nəticələnib. Rayonun Avşar kənd sakini Cavid Tağıyev övladlarının olmaması səbəindən həyat yoldaşı ilə boşanıb. Boşandıqdan sonra atası evinə gedən gəlinin qohumları qisas almaq məqsədilə keçmiş qohumlarının evlərini gülləbaran ediblər.

 

Qadının xalası oğlanları yaxınlıqda yaşayan qohumların evlərini də atəşə tutublar. Cavid Tağıyevi tapa bilməyən silahlılar onun bacısının evinə soxularaq evi atəşə tutublar.

 

Ağcabədi Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Roman Azər oğlu Aslıxanov və Mirzəli Şirin oğlu Şirinov tutulması üçün axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv